Koreya yarımadasının təhlükəsizliyi və stabilliyi üçün Kanadanın Vankuver şəhərində xarici işlər nazirlərinin zirvə toplantısına start verilib.
Teleqraf.com xəbər verir ki, Kanadanın xarici işlər naziri Kristia Friland toplantıda çıxışı zamanı ölkəsinin münaqişənin sülh yolu ilə həll üçün əlindən gələni etməyə hazır olduğunu deyib.
Onun sözləribə görə, sammitə 20 ölkənin xarici işlər nazirinin qatılması Şimali Koreya böhranı üçün vacib mesajdır. Nazir böhranın bütün dünyaya təsir etdiyini vurğulayıb.
ABŞ dövlət katibi Reks Tillerson bölgənin təhlükəsizliyinin ciddi təhdid altında olduğunu bildirib. Tillerson Şimali Koreyanın nüvə potensialının bir çox Avropa paytaxtını, Şimali Amerikanı və bütövlükdə geniş bir coğrafiyanı təhdid etdiyini bildirib. Onun fikrincə, Şimali Koreyanın nüvə proqramından imtina etməsi üçün sanksiyalar tətbiq edilməlidir.