Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentinin adına aydınlıq gətirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, italiyalı deputat Mikele Nikoletti qurumun prezidenti seçilib.
Məlumatlara görə, Nikoletti bu vəzifəyə yeganə namizəd olub.
Qeyd edək ki, AŞPA-nın sabiq prezidenti Pedro Aqramunt oktybarın 6-da istefa vermişdi.