Türkiyə İŞİD terror təşkilatını özündən uzaqlaşdırmaq üçün hər cür mübarizə yollarından istifadə edir. Eyni şeyi illərdir bizim mübarizəmizə mane olmaq istəyən ölkələr də edə bilirmi?
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təşkil olunan Muxtarlar toplantısında çıxışı zamanı deyib:
“Sərnişinlərimiz Almaniyadan Türkiyəyə qayıdanda PKK terror təşkilatı Hamburq aeroportunda onları döyməyə başlayırlar. Alman polisi isə hər şeyi kənardan izləyir. Belə təhlükəsizlik olar? Sənin ən təhlükəsiz olduğun yer aeroport olmalıdır. Biz bu gördüyümüzə sakit qalaq? İnciməyin, amma biz bu həqiqətləri söyləyəcəyik”.