Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnansio Lul de Silvanın pasportunu müsadirə edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Silvanın ölkədən çıxışına qadağa qoyulmasıdır.
Sabiq prezidentin Afrika ölkələrinə getmək istədiyi bildirilib.
Qeyd edək ki, məhkəmə korrupsiyada təqsirləndirilən Silvaya 19 il siyasi işlərlə məşğul olmağı yasaqlayıb.