İsrail F-16 A və F-16 B markalı 30 qırıcı təyyarəni Xorvatiyaya satacaq.
Teleqraf.com xəbər verir ki, Xorvatiya hökuməti bunun müqabilində İsrailə 500 milyon dollar ödəməli olacaq.
Davos iqtisadi formumu çərçivəsində İsrail və Xorvatiya baş nazirləri bu haqda müzakirələr apararaq razılıq əldə ediblər.
İsrail baş naziri mətbuata deyib ki, F-16 qırıcılarının Xorvatiyaya satılması mövzusunda razılıq əldə olunub.
Araşdırmalara görə, hazırda Xorvatiya ordusu daha çox Rusiya istehsalı olan MİQ-21 markalı döyüş təyyarələrindən istifadə edir. Ancaq ölkə 2020-ci ilə qədər bu təyyarələri İsraildən alacağı F-16-larla əvəzləməkdə qərarlıdır.
O da bəlli olub ki, İsrail hərbi hava qüvvələri 36 il istifadə etdiyi F-16 A və F-16 B markalı döyüş təyyarələrini hərbi arsenalından 2016-cı ildə çıxarıb. İsrail bu təyyarələrin yerini ABŞ-dan alacağı F-35 markalı müasir döyüş təyyarələri ilə əvəzləməyi düşünür.