1 Fevral 2018 01:28
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb ölkələri koalisiyasının Yəmənin Amran əyalətinə endirdikləri avia zərbələr nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox yaralanan var.

Teleqraf.com xəbər verir ki, koalisiya qırıcıları həmçinin bir neçə körpü və bazarı bombardman ediblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya və prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar 2014-cü ildən Yəməndə üsyançı husilərin (“Ənsər Allah” hərəkatı) nəzarət etdiyi əraziləri bombalayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər