İranın paytaxtı Tehranda havanın normadan artıq çirklənməsi yerli qurumları hərəkətə keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən şəhərin orta məktəblərində şagirdlər tətilə buraxılıb.
Məlumata görə, Tehran hava çirkliliyi sıralamasında dünyanın ilk 5 şəhərindən biridir. Bu səbəbdən şəhərdə məktəblər tez-tez tətilə buraxılır.