10 Fevral 2018 11:15
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu York birjasında indekslər həftənin sonuncu iş günlərində yüksəlsə də, həftəlik bazada son iki ilin ən sərt ucuzlaşması ilə müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, artan inflyasiyanı dayandırmaq üçün ABŞ Mərkəzi Bankının faiz artırma ehtimalı indeksləri aşağı salıb.

Başa vurduğumuz həftədə Dov Jones Sənaye və Standart Poor indeksləri 5,2 faiz itirib. Nasdaq Texnoloji İndeksi də həftəlik birjada 5,1 faiz qiymətdən düşüb.

ABŞ-da “qorxu indeksi” və ya “VİX indeksi” olaraq bilinən və Standart Poor 500 İndeksindəki dalğalanmanı göstərən CBOE Vilatilite İndeksi 15,2 % düşüşlə 28,38 səviyyəsini sərgiləyir.


Müəllif: Cavad

Oxşar xəbərlər