ABŞ Türkiyəyə YPG terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edib. Teleqraf.com xəbər verir ki, bu gün Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın ABŞ Milli Təhlükəsizlik müşaviri general Herbert Raymond Makmaster ilə görüşüb.
Görüşdə Makmaster Türkiyənin terrora qarşı mübarizəsini yüksək qiymətləndirərək birgə əməkdaşlıq təklif edib.
İ.Qalın isə təklif üçün Raymond Makmaster təşəkkürünü bildirərək NATO tərəfindən YPG-yə verilən silahların geri alınmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd olunur ki, Türkiyə ilə ABŞ-ın Suriya məsələsində əməkdaşlığının vacib şərti NATO-nun YPG-yə verdiyi silahları geri almasından ibarətdir.