Türkiyədə terror maddəsi ilə həbs edilən jurnalist Dəniz Yücəl azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Röyter yayıb.
Almaniya Xarici İşlər Nazirliyi jurnalistin azadlığa buraxıldığı xəbərini təsdiq edib.
Xatırladaq ki, Dəniz Yücəl Almaniyanın “Die Velt” qəzetinin Türkiyə müxbiri olub. İkili vətəndaşlığı olan jurnalist 14 fevral 2017-ci ildə ifadə vermək üçün prokurorluğa çağırılıb və saxlanılıb.
27 fevralda terror maddəsi ilə ona cinayət işi açılıb.
Dünən Berlində səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım kansler Angela Merkellə mətbuat konfransı zamanı Dəniz Yücellə bağlı suala cavabda “ümid edirəm ki, qısa müddətdə məhkəmə keçirilər və bir nəticə ortaya çıxar, hər proses bir ümiddir” ifadəsini işlətmişdi.