18 Fevral 2018 18:22
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/PYD-ni ermənilərin ASALA terror təşkilatının aqibəti gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Ankara rayon təşkilatının konfransında çıxışı zamanı bildirib.

R. T. Ərdoğan deyib ki, bir vaxtlar Türkiyə diplomatlarına sui-qəsd təşkil edən ASALA kimi PKK-da səssiz yoxa çıxacaq: "Onları yaşadan xarici dəstəkdir. Dəstək olmasa dərhal məhv olarlar. ABŞ PKK PYD/YPG-yə silah verir. Biz bunu sübut etmişik. Onlar etiraf etmirlər. ABŞ vaxtilə bizə nəinki pilotsuz aparatlar, hətta tapança belə satmırdı. ABŞ Konqresinin qərarını göstərirdilər. Bu gün bizim onların silahına ehtiyacımız yoxdur".


Müəllif: Ayxan

Oxşar xəbərlər