6 Avqust 2014 22:14
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada baş verən qorxunc qəza zamanı gənc qızın başı bədənindən ayrılıb

ABŞ-da möcüzə baş verib. Amerikada baş verən qorxunc qəza zamanı gənc qızın başı qopub. Boyun fəqərələri qırılan gənc qız möcüzə nəticəsində sağ qalıb.

Reşl Beliy qorxunc qəzada ölümlə üz-üzə qalıb. Qəzada ağır yaralanan gənc qızı xilasedicilər təcili olaraq xəstəxanaya yerləşdiriblər. Qızın boyun fəqərələri qırılıb. Gənc qızın boynundakı fəqərələr 1 santmetrə qədər aralanıb. Qadının başı yalnız damarlarla və dərisi ilə bitişik olaraq bədənində qalıb.

Lakin həkimlərin səyi nəticəsində qadını həyatda saxlamaq mümkün olub. Qadın uzun müddət reanimasiyada müalicə alıb. Müalicənin artıq müsbət nəticələri də var. 23 yaşlı qadın danışa və hətta köməkliklə də olsa gəzə bilir. Gənc qadın həyatına qəza yerinə ilk çatan və onu xilas edən xilasediciyə ömür boyu minnətdar olacağını bildirib.

/ans press/


Müəllif: