7 Avqust 2014 01:02
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi ABŞ Dövlət Katibliyinin sözçüsü Jen Psakinin Ukrayna sərhədi yaxınlığında Rusiya Hərbi hava qüvvələrinin yerləşdirilməsi ilə bağlı narahatlığına aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Jen Psakinin “Rusiyanın Həştərxan bölgəsində təşkil etdiyi hava qüvvələri və hava hücumundan müdafiə sistemlərinin döyüş vəziyyətinə gətirilməsindən narahatıq. Bu, Ukraynanın şərqində sabitliyə zərər vurur”, - sözlərinə Rusiya Müdafiə Nazirliyi belə cavab verib:

“Nazirliyimiz xanım Psakinin yeni açıqlaması ilə tanış oldu və onun coğrafiyadan məlumatlı olmadığına təəssüfləndi”.


Nazirlik sözçüsü Həştərxandakı Aşuluk poliqonunda keçirilən təlimlərin Rusiya-Ukrayna sərhədindən yüzlərlə kilometr uzaqlıqda olduğunu xatırladıb.


Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə təlimlərini Hərbi Hava Qüvvələri Baş Komandanı general-leytenant Viktor Bondarevin rəhbərliyi ilə avqustun 4-dən Aşuluk poliqonunda keçirir. Təlimlər avqustun 8-dək davam edəcək.


Müəllif:

Oxşar xəbərlər