23 Fevral 2018 01:28
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vassili Nebenzia Təhlükəsizlik Şurasına təqdim olunan Suriyada bir aylıq humanitar atəşkəsə dair layihəyə dəyişiklik edilməyəcəyi təqdirdə sənədi dəstəkləməyəcəklərini söyləyib.

Teleqraf.com xəbər verir ki, Vassili Nebenzia İsveç və Küveyt tərəfindən təqdim olunan və Suriyada bir aylıq humanitar atəşkəsi nəzərdə tutan layihənin real olmadığını bildirib. O, qanun layihəsi üzərində uzlaşma olmadığı söyləyib: “Uzlaşma olmayan layihəni bu formada dəstəkləməyəcəyik və bəzi dəyişikliklər irəli sürəcəyik”.

Şərqi Qutada yaşanan qətliama toxunan Nebenzia sözügedən bölgədə terrorçulara qarşı mübarizə aparıldığını və hələ də minlərlə terrorçunun olduğunu deyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Kelli Kurri isə Rusiyanı Şərqi Qutada axan qanı dayandırmağa yönəlik hər cür cəhdə qarşı çıxmaqda suçlayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər