25 Fevral 2018 15:05
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Suriyada 30 günlük atəşkəs qərarını məmnuniyyətlə qarşılayıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağı Yelisey sarayından məlumat verilib.

Liderlər qərarı dəyərləndirmək və gələcək addımları müzakirə etmək üçün telefon danışığı həyata keçiriblər.

Makron və Merkel Suriya qərarını Rusiya Prezidenti Vladimir Putinlə birgə müzakirə etməklə bağlı razılığa gəliblər.


Müəllif: Samir

Oxşar xəbərlər