7 Mart 2018 08:46
2 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı riyaziyyatçı yeni dünya müharibəsinin başlayacağı tarixi hesablayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiya Universitetində işləyən amerikalı riyaziyyatçı Aaron Klauzet maraqlı şərh verib.

O, uzun müddət son iki əsrdə baş verən beynəlxalq silahlı toqquşmalar barədə tarixi məlumatları təhlil edib.

Və təhlil nəticəsində belə qənaətə gəlib ki, müharibə və münaqişələr dövründə III Dünya müharibəsinin qarşısını almaq mümkün deyil.

Aaron bildirib ki, şərti sülh nə qədər uzun davam edərsə, vəziyyət daha “kövrək” olar. Bu, indiki dövrdə fərqli dövlətlər arasında (Rusiya, ABŞ, Çin, Şimali Koreya və s.) gərginlik artdıqca daha aydın görünür.

Riyaziyyatçının hesablamalarına əsasən, III Dünya müharibəsi 2150-ci ilə təsadüf edəcək.

Klauzet araşdırma zamanı dünyada müharibələrin periodikliyini diqqətlə hesablayan kompüter proqramından istifadə edib.

Bununla yanaşı, ekspert qeyd edib ki, bu, yalnız bir proqramdır və gələcəkdə olacaq hadisələri bilməsi mümkün deyil.

“Təbii ki, bəşəriyyət bütün problemlərini və ziddiyyətlərini güc, şiddət tətbiq etməklə deyil, sülh yolu ilə həll edə bilər. Və heç bir dünya müharibəsi yenidən baş verməz”.


Müəllif: Günay Əli

Oxşar xəbərlər