11 Mart 2018 18:59
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya korrupsiya və insan haqlarının pozulmasında adları çəkilən rus məmurlara sərt sanksiyalar tətbiq etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Sandey Teleqraf" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Britaniya Xarici İşlər naziri Boris Conson və Daxili İşlər naziri Ember Radd bu məsələ ilə bağlı razılığa gəliblər.

Razılaşmaya əsasən, adları sanksiyalar siyahısına daxil ediləcək rus məmurlara vizaların verilməsində məhdudiyyətlər qoyulacaq və aktivləri dondurulacaq.


Müəllif: Samir

Oxşar xəbərlər