Amerikalı məşhur milyarder Sem Altman “Nektoum” şirkətinə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, 10 min dollar qarşılığında şirkətin onu öldürməsini istəyib.
Bundan sonra şirkət onun beynini şifrələməli və kompüterə qoşmalıdır.
Milyarderin firkincə, bununla o ölümsüz olacaq:
“İnsan bədənində elə maddə var ki, o, qocalma prosesini sürətləndirir, ancaq beyin olduğu kimi qalır. Mən də beynimi sonsuzadək yaşatmaq istəyirəm. Bununla ölümsüz olacağıma inanıram”.
Şirkətdən verilən məlumata görə, onlar insanların ölümsüz olacağına zəmanət vermir. Onların yeganə zəmanət verdiyi məsələ insanların ölümüdür. Artıq 25 insan bununla bağlı şirkətə müraciət edib.