Prezident İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com məktubun mətnini təqdim edir:
"Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".