“Skripal işi” ilə əlaqədar daha bir ölkə Rusiya ilə bağlı qərarını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Luksemburq Moskvadakı səfirini geri çağırıb.
Bununla Luksemburq Rusiya ilə diplomatik əlaqələri kəsdiyini elan edib.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 139-a çatıb.