29 Mart 2018 11:54
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya polisi ölkədə yaşayış izni alan 700 rusiyalı oliqarxla bağlı araşdırma başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Britaniya Daxili İşlər naziri Amber Rudd məlumat verib.

O bildirib ki, polis həmin şəxslərin İngiltərədə hansı yolla yaşayış icazəsi aldığını araşdıracaq.

Araşdırmaların sonunda hansı addımlar atılacağı isə açıqlanmayıb.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.


Müəllif: Samir

Oxşar xəbərlər