30 Mart 2018 08:19
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Doxel" şirkətinin mütəxəssisləri ucaldılan obyekti skan edərək inşaatçıları konstruksiyadakı pozuntular və qüsurlar barədə xəbərdar edəcək tırtıllı robot hazırlayıblar.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, şirkət işində süni intellektə malik robotdan istifadə edib. Qurğu HD kamera və qüsurların axtarışı üçün divar üzərinə işıq salan cihazlar vasitəsilə hərəkət edir. Bundan başqa, robot tikinti meydançalarına baxış keçirmək üçün sənaye skanerindən istifadə edir. Robot bütün lazımi informasiyanı topladıqdan sonra onun təhlilini, mövcud çertyojlarla və tikinti normaları ilə müqayisəsini aparır və hesabat tərtib edir. Hesabatda binanın vəziyyəti barədə informasiya ilə yanaşı, qrafik üzrə geriqalma və ya qabaqlama barədə məlumatlar əks olunur.

Tikinti və ya quraşdırma işləri düzgün aparılmadıqda süni intellekt bu barədə məlumat verir və problemin həlli üçün variantlar təklif edir. "Doxel" şirkətinin baş direktoru Saurabh Ladha hesab edir ki, yeni texnologiya iri obyektlərin inşasında vaxt və vəsaitə qənaət üçün istifadə oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər