Rusiyanın Sietledəki konsulluğu qapadılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı konsulluğun nümayəndəsi Xalid Aysin məlumat verib.
O bildirib ki, konsulluq binası gecə saatlarında tamamilə boşaldılıb.
Aysinin sözlərinə görə, ABŞ polisi bu gün konsulluq binasında yoxlanış aparacaq.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
ABŞ Britaniyaya dəstək məqsədilə 60 rus diplomatı ölkədən çıxaracağını və Rusiyanın Sietledəki konsulluğunu qapadacağını açıqlayıb.