Türkiyə ilə Yunanıstan arasında son vaxtlar yaşanan gərginliklə əlaqədar qarşılıqlı açıqlamalar davam edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son açıqlama Yunanıstan Prezidenti Prokopis Pavlopulosdan gəlib.
O, Türkiyəni təhdid edib: “Bizim sərhədlərimiz Avropa Birliyinin sərhədləridir. Buna görə məsuliyyətimiz daha çoxdur. Haqqımızdan artıq olanı istəmirik. Əlimizdə olanları müdafiə edəcəyik. Lazım gəlsə, çəkinmədən qan axıdacağıq”.