5 Aprel 2018 23:20
2 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi media orqanlarında Rusiyanın Baltikyanı ölkələrdə “Krım ssenarisi”ni təkrarlayacağı ilə bağlı məlumatlar dərc edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı məsələyə Kanadanın paytaxtı Ottavada NATO-nun Baş katibi Yens Staltenberq aydınlıq gətirib.

O, belə bir ssenarini istisna edib: “NATO bu informasiyanı tamamilə inkar edir. Krımda, Ukraynanın şərqində baş verən hadisələr bu ölkələrdə təkrarlana bilməz. Çünki həmin ölkələrdə NATO var.

Biz təhlükəsizliyə tam zəmanət veririk. Əgər hər hansı hücum olsa, NATO dərhal cavab tədbirləri görəcək”.


Müəllif: Samir

Oxşar xəbərlər