Kanadanın Toronto şəhərindəki terror aktı zamanı avtomobilin vurduğu şəxslərin çox hissəsi qadınlar olub. Hadisəni törədən erməni əsilli Alek Minasyanın 2014-cü ildə Kaliforniya ştatında 6 insanı öldürən Elliot Roceri təqdir etdiyi məlum olub.
Teleqraf.com xəbər verir ki, aprelin 25-də terror aktı törətməzdən əvvəl Minasyan Feysbuk hesabında Roceri təqdir edən fikir paylaşıb.
Feysbuk şirkəti Minasyanın hesabını silib. Qeyd edilib ki, Minasyanın qurbanlarının əksəriyyəti 20-80 yaş arası qadınlar olub.
Xatırladaq ki, törədilən terror zamanı 10 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Xatırladaq ki, hadisə zamanı 10 nəfər həlak olub, 14 nəfər yaralanıb.