30 Aprel 2018 19:38
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Superliqanın XXXI turunda “Beşiktaş” üzərində qələbənin sevincini doyunca yaşaya bilməyib.

Teleqraf.com xəbər verir ki, klub rəhbəri dünən gecə qarşılaşmadan sonra qəzaya düşüb. O, evinə qayıdarkən Cengizin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Heç kəs ciddi xəsarət almayıb.

Qeyd edək ki, “Qalatasaray” “Beşiktaş” üzərində 2:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər