İrəvanda kütləvi zəhərlənmə baş verib.
Teleqraf.com erməni KİV-ə istinadla xəbər verir ki, “Surb Qriqor Lusavoriç” tibb mərkəzinə xlordan zəhərlənmə diaqnozu ilə 13 nəfər çatdırılıb.
Zəhərlənənlərdən ən kiçiyinin 7, ən böyüyünün 37 yaşı var.
İlkin versiyaya görə, xəstəxanaya çatdırılan şəxslər dincəldikləri “Soçi Palas” otelinin hovuzunda üzərkən zəhərləniblər.
Hadisə ilə əlaqədar məhkəmə-tibbi ekspertiza təyin edilib, araşdırmaya başlanılıb.