ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə “Böyük yeddilik” (G7) sammiti çərçivəsində ikitərəfli görüşləri ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika hökumətindəki mənbəyə istinadən “The Telegraph” məlumat yayıb.
Trampın Meyin “müəllimsayağı” tonundan yorulduğu vurğulanır.
Digər mənbə qeyd edib ki, ABŞ lideri Britaniya Baş nazirinin çoxalan istəklərindən, ölkələrarası münasibətlərdən şəxsi maraqları üçün istifadə etməsindən narazıdır.
Ağ Ev Donald Trampın Kanada və Fransa liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilib.
Qeyd edək ki, G7 sammiti iyunun 8 və 9-da Kvebek şəhərində keçiriləcək.