14 İyun 2018 10:36
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə müasir silahların birgə istehsalını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Söhbət S-500 hava hücumundan müdafiə kompleksindən gedir.

Ərdoğan S-400 ilə bağlı razılaşmanın yerinə yetiriləcəyini bəyan edib: “Rusiya bizə S-400-lər üçün çox uyğun şərtlərlə kredit imkanı yaratdı. İkinci və üçüncü mərhələdə birgə istehsala başlayacağıq”.

Ərdoğan ABŞ və NATO-nun tənqidlərinə də münasibət bildirib: “Niyə onlar Yunanıstanın S-300 kompleksi ilə bağlı susurlar? Türkiyəyə qarşı bu cür siyasəti anlamaq mümkün deyil. Bizim müdafiə sənayemizin öz ehtiyacları var və biz onu təmin etməliyik”.


Müəllif: Ruslan

Oxşar xəbərlər