14 İyun 2018 12:19
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan baş naziri Giorgi Kvirikaşvilinin istefasının mitinqçilərin deyil, oliqarx Bidzina İvanişvilinin istəyi ilə baş verdiyini düşünürəm. 51 yaşlı baş nazirin gənc kadrla əvəzlənəcəyi daha çox ehtimal olunur.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, hökumət başına kimin keçməsindən asılı olmayaraq real hakimiyyət B.İvanişvilinin əlindədir: “İvanişvili aksiyaları payıza qədər sakit saxlamağı, necə deyərlər, məcrasından çıxmamasını istəyir. Payızda Gürcüstanda növbəti prezident seçkiləri olacaq. İqtidarın nüfuzu hər nə qədər aşağı düşsə də seçkidə qalib gəlmək şansı hələ ki yüksəkdir”.

Zeynal Əmrəliyev qeyd edib ki, mitinqlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür: “Hazırda mitinqlərdə əsas liderlik “Ağ səs-küy” adlı siyasi hərəkatın lideri Beka Çikarişvilinin əlindədir. Onun qüvvələri ilə keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası birlikdə hərəkət edərsə, İvanişvili epoxasına son qoya bilərlər.

Əks təqdirdə vəziyyət qəliz olacaq. Ancaq görünən budur ki, nə Çikarişvili, nə də Saakaşvili hələlik bu prosesə müsbət yanaşmır. Bununla belə, ekspertlər onların bir araya gələcəyini və yaxın zamanda Gürcüstanda müxalifətin böyük koalisiyasının baş tutacağını bildirirlər. Əgər həqiqətən də, bu birlik yaranarsa, payızda Tbilisidə 15 il qabaqkı “Qızılgül inqilabı” yenidən gerçəkləşə bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər