Futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Rusiyaya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan VTB Bankın rəhbəri Andre Kostinlə görüşüb.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, görüşdə tərəflər arasındakı münasibətlər müzakirə edilib.
Ermənistanın iqtisadi vəziyyəti ilə bağlı Kostinə məlumat verən Paşinyan ölkəsində fərqli sektorlara investisiya yatırılması üçün “əlverişli mühit”in olduğunu diqqətə çatdırıb. O, rus bankirə VTB-nin Ermənistanda fəaliyyətinin genişləndirilməsini də təklif edib.
Kostin və Paşinyan arasındakı danışıqların əsl təfərrüatı isə görüş başa çatdıqdan sonra ortaya çıxıb.
Rusiya KİV-ə istinad edən erməni mənbələr Nikol Paşinyanın görüşdən sonra ələ salındığını bildiriblər:
“17 dövlətin lideri, o cümlədən, Ermənistanın baş naziri də Rusiyaya çempionatın açılış mərasimində iştirak etmək üçün gəlib. Paşinyan isə fürsətdən istifadə edib “batan gəmi”sini suyun dibindən çıxarmaq üçün bankirlərin evlərini qapı-qapı gəzib pul istəyir”.