15 İyun 2018 17:26
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Urfa şəhərində iki tayfa arasında dava düşüb. Tərəflər bir-birinə daş və dəyənəklərlə hücum ediblər.

Teleqraf.com xəbər verir ki, iki nəsil arasında çıxan amansız savaşda iki nəfər öldürülüb, 4 nəfər yaralanıb.

Hadisə dünən nahardan sonra Urfanın Eyyubiyə qəsəbəsi, Altınbaşak küçəsində baş verib.

Bəlli olub ki, qanlı savaş borc səbəbindən baş verib. Borca görə yaranan mübahisə sonradan davaya çevrilib. Tərəflər son anda tüfəngə belə əl atıblar. Nəticədə Yusif Aslan və Mahmud Aslan öldürülüb. Emin, İsa, Xalid və Musa Aslanlar isə yaralanıb. Dava zamanı bir avtomobilə ziyan dəyib. Hadisə baş verən məhəllə dərhal daxili qoşunlar tərəfindən nəzarətə götürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər