20 İyun 2018 12:01
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Konqresinin etirazlarına baxmayaraq F-35 qırıcılarını alacaqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, NTV kanalına müsahibəsində söyləyib: “2 qırıcı iyunun 21-də bizə təhvil veriləcək”.

ABŞ-ın “Lockheed Martin” korporasiyası da öz növbəsində F-35-lərin Türkiyəyə verilməsinə hazır olduqlarını açıqlayıb.

Qırıcıların rəsmi Ankaraya verilməsi mərasimi iyunun 21-də Fort-Uert şəhərində keçiriləcək.

Qeyd edək ki, Türkiyə ABŞ-dan ümumilikdə 100 ədəd beşinci nəsil F-35 qırıcı-bombardmançısı almaq istəyir.


Müəllif: Ruslan

Oxşar xəbərlər