Ermənistan Milli Təhlükəsizlik Xidməti hakim Respublika Partiyasından olan keçmiş deputat Arakel Movsisyanın evində silah aşkarlayıb.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, əməliyyat “Şmays” ləqəbi ilə tanınan oliqarxın Armavir rayonunun Ayçek kəndindəki villasında aparılıb.
Axtarış zamanı 20 ədəd tapança, 2 ədəd tüfəng aşkar olunub. O, qanunsuz silah əldə etmək ittihamı ilə saxlanılıb.
Keçmiş prezident Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının üzvü olan Arakel Movsisyan ölkənin ən zəngin şəxslərindən biridir.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın İrəvan, Qarabağ və Eçmiədzindəki evlərində aparılan axtarışlarda çoxlu sayda silah-sursat ələ keçirilmişdi.