24 İyun 2018 23:52
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs sevgilisindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, 2017-ci ilin avqustundan sevgili olan Yasəmən Şəfqətli və İdo Tatlısəs ayrılıblar. Ayrılıqdan sonra sosial şəbəkələrdə Şəfqətlini izləmədən çıxardan, şəkillərini silən Tatlısəs “Çox dəyərli bir münasibətin sonuna gəldim” yazıb.

“Hər gözəl şeyin sonu var. Bəlkə də Allahın bizə ən böyük hədiyyəsi hər şeyin sonunun olmasıdır. Mən də çox gözəl hekayənin, çox dəyərli münasibətin sonuna gəldim. Təbii ki, belə gözəllikləri yaşamağıma səbəb olan münasibətə son vermək asan deyil, ancaq həyat davam edir. Bir çoxları ayrılmağımızla bağlı öz düşüncəsinə görə, müxtəlif səbəblər söyləyəcəklər. Bunu normal qarşılayıram, ancaq onlara etibar etməyin. Biz qərarı Yasəmənlə birlikdə vermişik”, deyə İdo bildirib.


Müəllif: Cabbar

Oxşar xəbərlər