Türkiyədə səsvermə zamanı iki qrup arasında dava düşüb. Tərəflər bir-birinə qarşı silah və bıçaqlardan istifadə edib.
Teleqraf.com xəbər verir ki, bu qanlı hadisə Urfanın Suruç qəsəbəsində İmam Hatip liseyində baş verib.
Nəticədə 3 nəfər yaralanıb.
Hadisənin səbəbləri bilinmir. Qısa müddətə iki qrup arasında mübahisə yaranıb, daha sonra tərəflər bir-birinin üzərinə bıçaq çəkib, odlu silahları işə salıblar.
Polisin müdaxiləsindən sonra dava zamanı yaralanan 3 nəfər xəstəxanaya aparılıb.
Qarşıdurmada iştirak edən bir neçə şəxs isə həbs edilib.