Husilərin istifadə etdiyi raketlər Yəmənə İran vasitəsilə gətirilir.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Böyük Britaniyanın BMT-dəki səfiri Karen Pearce çıxış edib.
Səfir deyib ki, İrandan Yəmənə gətirilən raketlər bölgədə vəziyyəti dəyişdirir: “Regionda təhlükəsizliyin və sabitliyin qorunması üçün bu fəaliyyət dərhal dayandırılmalıdır”.
Səfir hesab edir ki, İran bölgəyə qeyri-sabitlik gətirir.