8 İyul 2018 18:30
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir həftə ərzində Türkiyə Silahlı Qüvvələrinin 347 hərbçisi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, saxlanılanlar Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham edilirlər.

Hazırda müxtəlif bölgələrdə davam edən əməliyyatlara Türkiyə Baş Prokrurorluğu başçılıq edir.

Əməliyyatlarda FETÖ ilə yanaşı, YPG və PKK terror təşkilatlarının Silahlı Qüvvələrdəki üzvləri də saxlanılıb. Bir sıra iri şəhərlərdə baş tutmuş 14 əməliyyatda saxlanılanlar arasında yüksək rütbəli və vəzifəli şəxslər də var. Şübhəlilərdən 22-si polkovnik, 27-si polkovnik-leytenantdır.

Əməliyyatlar Adana, Ankara, Gümüşhane, Hakkari, İsparta, Kocaeli, Manisa, Mardin, Ordu və Tekirdağda keçirilib


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər