10 İyul 2018 17:04
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi general-polkovnik Yuri Xaçaturov 2008-ci il 1 mart hadisələrinə görə dindiriləcək.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan məlumat yayıb.

Onun sözlərinə görə, Yuri Xaçaturov 10 il bundan öncə müxalifətin etiraz aksiyaları zamanı baş verən qətllə bağlı aparılan istintaq çərçivəsində şahid qismində ifadə vermək üçün İrəvana üçün dəvət olunub.

“Təfərrüatları açıqlaya bilmərəm”, -deyə Xaçatryan qeyd edib.

Xatırladaq ki, daha əvvəl Yuri Xaçaturov gərgin iş qrafikinə görə iyulun sonunda gələ biləcəyi açıqlanmışdı.

Qeyd edək ki, KTMT-nin baş katibi 2008-ci ildə İrəvan qarnizonunun rəisi olub. Yuri Xaçaturov 2017-ci ildən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər