Xəbər verdiyimiz kimi iyulun 11-də Adnan Hoca ləqəbi ilə tanınan məşhur türkiylə din alimi Adnan Oktar həbs edilib.
Teleqraf.com xəbər verir ki, həbs edilmiş din adamının mülkələrin və əmlakı müsadirə edilib.
Polisin Adnan Oktarın mülklərində keçirdiyi əməliyyatlar vaxtdı əldə edilmiş görüntülər onun lüks həyat yaşadığını ortaya çıxarıb. 70 nəfərin şikayətindən sonra başlayan əməliyyatdan sonra din adamının evindən çoxlu sayda tarixi əsər aşkar edilib və 18 avtomobili də müsadirə edilərək götürülüb.
İstanbul Polis İdarəsinin əməkdaşlarının araşdırma apardıqları Adnan Oktara aid Vanikköy rayonundakı villasından görüntülər yayımlanıb. Kiçik saray görünüşünə sahib olan, 180 dərəcə boğaz mənzərəli villa 30 hektar meşəlik ərazidə yerləşdir. Villa ikimərtəbəlidir.
Adnan Oktar villası üçün xüsusi yol da çəkdirib.
Qeyd edək ki, Adnan Oktarın evində “kedicik” adlandırdığı qadınlarla lüks həyatı tez-tez social şəbəkələrdə müzakirə edilirdi.