Ermənistan cəmiyyəti daxilində bu ölkənin ənənəvi müttəfiqlərinə qarşı etibar azalıb.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı – Ermənistan delaqasiyasının rəhbəri Pyotr Svitalski deyib.
Avropalı diplomat qeyd edib ki, Ermənistan əhalisinin 70 faizi Avropa İttifaqına etibar edir:
“Sevindirici haldır ki, Ermənistan üzünü Avropa İttifaqına çevirib və Avrasiya İttifaqına güvən azalıb. Çünki ermənilər Avropa İttifaqının onların ölkəsinə maliyyə yardımı ayırmasından məmnundurlar”.