Almaniya polisi ölkədə 300 min miqrantı axtarır.
Teleqraf.com xəbər verir ki, 300 min miqrantdan 126 min 327 nəfəri haqqında deportasiya qərarı var.
Digər miqrantlar isə cinayət törətmək və ya izini itirmək ittihamı ilə axtarılır. Bu miqrantların hər biri hazırda axtarışdadır.
Ötən illə müqayisədə bu il alman polisinin axtardığı miqrantların ümumi sayında 5 dəfə artım var.
Həbsinə qərar verilən miqrantlardan 3151 nəfəri haqqında isə dini ideologiya kateqoriyası çərçivəsində həbs qərarı var.
Qeyd edək ki, alman polisinin axtardığı miqrantların içərisində 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişi cəhdinin “qara qutusu” hesab olunan Adil Öksüz də var.