6 Avqust 2018 13:11
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çölün ortasındakı tənha evdə ağır şərtlər altında saxlanılan 11 uşaq xilas edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ-ın Yeni Meksika əyalətinin Amalia bölgəsində baş verib.

Polis rəsmisi Cerri Hoqrefe deyib ki, onlar aldıqları məlumat əsasında əməliyyat keçiriblər.

Əməliyyat zamanı evdən 1-15 yaşları arasında 11 uşaq xilas edilib. Uşaqlar ac, susuz və qorxmuş halda olublar. Çoxu ayağı başmaqsız və cır-cındır içindəymiş. Onların saxlanıldığı yerdə su və elektrik yoxmuş.

Polis bildirib ki, uşaqlar xilas edildikdən sonra sosial xidmət strukturunun nəzarətinə verilib. Uşaqların hansı səbəbdən belə saxlandığı məlum deyil.

Əməliyyatın keçirildiyi evdəki 5 nəfərdən ikisi silahlı olub. Polis onları həbs edib.


Müəllif: Cavad

Oxşar xəbərlər