7 Avqust 2018 15:23
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Prezident Donald Donald Trampın əsas hədəfi İrandır. Amerikanın Çin, Avropa Birliyi, Türkiyə ilə yaşanan gərginliyinin əsasında da İran məsələsi dayanır. ABŞ-ın məqsədi İranla dünyanın bütün əlaqələrini kəsməkdir, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaqdır. Trampın məqsədi bu addımlarla İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq İranda rejimin dəyişməsinə nail olmaqdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Trampın addımlarının rasional yox, aqressiv olduğunu bildirən ekspertin sözlərinə görə, buna baxmayaraq onun öz məntiqi var – o, öz missiyasını İsrailin bütün istəklərini yerinə yetirməkdə görür:

“Çox maraqlı, amma təhlükəli vəziyyət yaranıb. Bu vəziyyətdə ölkələrin davranışlarındakı fərqliliklər də özünü göstərir.

Məsələn, Çin bəyan edib ki, İrana qarşı sanksiyalara qoşulmayacaq, bu ölkədən neft alnağa davam edəcək - məhz buna görə Tramp Çin mallarına əlavə rüsum və vergilər tədbiq edib. Çin çox rasional ölkədir, ABŞ-a ildə 512 milyard dollarlıq mal satır. Yəni Çin gərginliyi artıracaq, sonra ABŞ-dan əlavə güzəştlər alıb, hətta rüsum və vergiləri azaldıb İrandan vaz keçəcək.

Rusiya da öz oynunu oynayır, İran onun vecinə deyil, sonda ABŞ-dan sanksiyaları ləğv ermək müqabilində İranı satacaq. Avropa Birliyi ilə də vəziyyət fərqlidir, Avropa ölkələri Rusiya sanksiyalarına ona görə razı oldular ki, əvəzində yeni texnologiya və mallara ac, 80 milyon əhalisi olan İran bazarında əsas oyunçu olsunlar. İran sazişini imzalayanda AB ölkələri Rusiyada itirdiklərini İranla kompensasiya etmək, əlavə İrana 400 milyard dollarlıq mal satmaq, İranın enerji və avtomobil sənayesində əsas oyunçu olmaq istəyirlər.

ABŞ-ın Avropaya basqı edib İran məsələsində onları müttəfiq etmək üçün Avropaya daha çox güzəşt etməyə məcburdur, bu mümkün olsa da, çox çətindir”.

Natiq Cəfərli qeyd edib ki, Türkiyə İrandan ən çox neft-qaz alan, pul qazanan ölkələrdən biridir:

“Suriyada İran Türkiyəyə rəqib, PKK məsələsində isə müttəfiqdir, İraqda İran əsas oyunçulardan biri, Türkiyənin maraqlarına toxunan ölkə, amma Qərblə münasibətlərdə yaxın ölkədir. Yəni, ən ağır vəziyyətdə olan Türkiyədir, iqtisadiyyayı zəif, daxili problemləri çoxdur. ABŞ bunu bilir və Türkiyənin zəif nöqtələrinə basaraq İran məsələsində güzəşt almaq istəyir - sonda buna nail olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər