Türkiyə Diyanət Vəqfinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi bu ölkədə səfərdədir.
Teleqraf.com xəbər verir ki, səfərin məqsədi Türkiyə Diyanət Vəqfi və Mənəvi Dəyərlərin Təbliği Fondu arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması, eyni zamanda bu istiqamətdə digər faydalı görüşlərin keçirilməsidir.