Ermənistanın Xüsusi İstintaq Komitəsi 2008-ci ilin 1-2 mart tarixlərində İrəvanda baş vermiş qanlı hadisələrlə bağlı axtarışlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, əməliyyatlar İrəvandan sonra Ararat rayonuna keçib.
Rayonun Mxçyan kəndindəki təmir və istehsal müəssisəsində axtarışlarda çoxlu sayda silah-sursat aşkarlanıb.
Müəssisənin Amrik Gevorqyan adlı kənd sakininə məxsus olduğu bildirilsə də, məlum olub ki, obyektin əsl sahibi Ermənistanın keçmiş baş naziri Ovik Abramyandır.
Müəssisədən 3 ədəd əl istehsalı pulemyot, 7 ədəd “AK-74” avtomatı, 2 ədəd “SVD” snayper tüfəngi, 3 döyüş avtomatı, 2 tapança və müxtəlif kalibrli güllələr taşkar edilərək götürülüb.
Qanunsuz silah saxlamaq ittihamı ilə Amrik Gevorqyan və Ovik Abramyanın qardaşı, keçmiş deputat Henrix Abramyan həbs olunub. İstintaq davam edir.
Əməliyyatdan görüntü: