LGBT icmasının nümayəndələri (homoseksuallar) Ermənistanın paytaxtı İrəvanda polis idarəsinə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, gözlənilmədən idarəyə basqın edən cinsi azlıqlar polis əməkdaşlarını döyüblər.
Hadisəyə səbəb şəhərin “Komigi” meydanı, “Şirak” oteli və “Astoriya” restoranında homoseksualların bir neçə şəxsi döyməsi olub. İnsident baş verdikdən sonra cinsi azlıqların polis tərəfindən saxlanılmasına etiraz edən LGBT nümayəndələri idarəyə basqın ediblər.
Hadisə nəticəsində 2 polis yaralanıb.
Son günlərdə haqlarının pozulduğu iddiası ilə LGBT üzvləri şəhərdə insanlara qarşı hücumlarının sayını artırıblar.