Son günlər Vaşinqton-Ankara münasibətlərində gərginliyin artması müşahidə olunur. Avqustun 17-də ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminium və polada qoyulan rüsumun artırılması ilə bağlı bəyanat verdi. Bu qərar Türkiyə lirəsinin dəyərdən düşməsinə səbəb oldu.
Buna cavab olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-dan idxal olunun tütün məhsulları, spirtli içkilər və avtomobil də daxil olmaqla, bir neçə məhsulun rüsumunu artırdı.
Teleqraf.com tarixçi, qafqazşünas Oleq Kuznetsovun “Eurasia diary” portalına verdiyi müsahibənin ABŞ və Türkiyə dövlətləri arasında əslində nə baş verdiyi və bu fikir ayrılığından nə gözlənildiyinə dair hissəsini oxucuların diqqətinə çatdırır.
– Oleq Yuriyeviç, Türkiyə və ABŞ arasında son günlər nə baş verir?
– Türkiyə ilə ABŞ arasında son vaxtlar bir sıra anlaşılmazlıqlar müşahidə edilir. Bura Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişindən başlayaraq, Tramp hökumətinin tətbiq etdiyi ən son sanksiyalar daxildir. Türkiyənin özünün alüminium istehsalçısı olmadığını nəzərə alsaq, Tramp Türkiyənim aldığı dəmir və alüminium üzərində rüsumu da artırır.
Vergi rüsumu Rusiyaya qarşı tətbiq olunduqda, bunu istehsalçıya qarşı sanksiyalar kimi qiymətləndirmək olar. Lakin indiki halda, vasitəçi ölkənin istehsalçı ölkənin infrastrukturuna ciddi zərər verməyəcəyini nəzərə alaraq, ona qarşı məhdudiyyətlər tətbiq etmək cəhdi var. Beləliklə, burada iqtisadi baxımdan daha çox siyasi məzmun qabarır.
Siyasi məzmun Türkiyənin hal-hazırda NATO sistemində ən zəif bənd olması ilə əlaqədardır. İlk növbədə Türkiyə Suriya istiqamətində müstəqil işlər aparır, bu və ya digər halda Qəzza zolağında HƏMAS-ı dəstəkləyir.
Hazırda Türkiyə öz suverenliyini müdafiə etmək məcburiyyətindədir və Asiyadakı ən böyük oyunçularla əlaqələr qurmalıdır. Bunların siyahısına ABŞ-ın ənənəvi rəqibləri – Rusiya və İran da daxildir. Amerika açıq şəkildə İranın düşmən, Rusiyanın rəqib, Türkiyənin isə ABŞ üçün inadkar mütəffiq olduğunu bildirib. Təbii ki, yaranan vəziyyətdə Tramp Türkiyəni ABŞ və NATO-nun təsiri altına salmağa çalışır. Lakin hərbi-siyasi planların işə yaramadığını görüb, ABŞ iqtisadi yöndə təzyiqə əl atdı. Onu da qeyd edim ki, bu yalnız ilk baxışdan iqtisadi hücum kimi görünür.
– Bu yaxınlarda Türkiyə Prezidenti ABŞ istehsalı olan elektron avadanlıqları və ölkəsində dolların istifadəsini boykot etdi. Türkiyə ABŞ istehsalı olan avadanlıqları nə ilə əvəz edə bilər?
– Düşünürəm ki, Türkiyə ABŞ-ı Çin və Cənub-Şərqi Asiyadan gələn avadanlıqlarla əvəz edə bilər. Əlbəttə, Türkiyə ABŞ-a qarşı çox böyük kontr-sanksiya tətbiq edir. Ancaq Türkiyə Çin məhsulları ilə öz təhlükəsizliyini təmin edə biləcəyini sübut edərsə, subtropik zonada olan çox sayda ölkə Türkiyə nümunəsini təkrar edə bilər. Rəcəb Tayyib Ərdoğan Türkiyənin ən azı dörd ölkə – Çin, Rusiya, Ukrayna və İranla ticarət əlaqələrində dollardan istifadə etməyəcəyini bəyan etdi. Bunlar Türkiyənin xarici ticarət dövriyyəsinin 1/3 hissəsini təşkil edən ölkələrdir.
Bu, bazarda dollar kütləsinin azaldılmasına və dolayısıyla dolların devalvasiyasına gətirib çıxaracaq. Bu da bir müddət Amerikanın pul çap edən dəzgahını dayandıra bilər. Lakin Türkiyənin bu qərarı ABŞ üçün əlverişli ola bilər.
Tramp özünün ilk prezidentlik dövründə xarici borcunu 1 milyard azaltmaq istəyini bildirmişdi. Dolların rədd edilməsi ABŞ-ın saxlayacağı və gizlədəcəyi sərbəst dollar kütləsinin formalaşmasına gətirib çıxara və sonra müəyyən bir anda yenə bazara çıxarıla bilər. Bu mənada Ərdoğanın mövqeyi iqtisadi cəhətdən hesablanmış deyil, daha çox populist görünür.
– Türkiyənin NATO-nu tərk edəcəyini gözləmək olarmı?
– Hazırda Türkiyə NATO ilə bilərəkdən bəzi əlaqələrini kəsib müstəqil şəkildə hərəkət edir. Ancaq bu günə qədər Türkiyənin hərbi sistemi NATO sisteminə tamamilə inteqrasiya olunub və Türkiyə hazırlıqsız şəkildə alyansı tərk edə bilməz. Çünki həmin anda Türkiyə beynəlxalq terrorçuların hücumuna məruz qala bilər. Buna görə də NATO-nun tərkibindən çıxmazdan əvvəl o, ilk növbədə öz müdafiə sistemini hazırlamalıdır.
Belə görünür ki, Türkiyə buna yavaş-yavaş nail olur. Türkiyə Rusiyadan hava hücumundan müdafiə əleyhinə zenit-raket kompleksinin alışını həyata keçirir. Yəni, Türkiyə gələcəkdə İran və KTMT-yə hərtərəfli inteqrasiya edəcək. Yaxud suda və havada təhlükəsizliyin təmin edilməsi Rusiya və Türkiyə arasında ikitərəfli inteqrasiyanın əsasıdır.
Bu, Türkiyə və Rusiya arasında ilk növbədə hərbi-texniki, daha sonra isə iqtisadi çevrilişdir. Sanksiyalar tətbiq etməklə Tramp bir tərəfdən Türkiyəni qərb dünyasından uzaqlaşdırır, digər tərəfdən isə Rusiya və İranla yaxınlaşmasına səbəb olur.
Amerikanın Suriya münaqişəsində iştirakı həmçinin İraqdakı rolu danılmazdır. Qeyd edim ki, bu iki ölkə Yaxın Şərq regionunda Türkiyə, İran, Rusiya və Azərbaycanı təhdid edən kollektiv qeyri-sabitlik mənbəyidir. Bu səbəbdən əhalisi çox olan və siyasi baxımdan inkişaf etmiş ölkələr siyasi suverenliyini itiməmək üçün birləşməlidirlər.
İndi Tramp ABŞ-ın maraqları baxımdan ağıllı, ancaq regional reallıqları nəzərə almayacaq qədər ağılsız bir siyasət həyata keçirir. O, regional siyasətində ABŞ və onun NATO-dakı müttəfiqlərinin təzyiqlərinə qarşı çıxa biləcək ölkələrin ittifaqını qurur.