22 Avqust 2018 14:29
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın paytaxtı Buenos-Ayresdə yarım tona yaxın kokain yandırılıb.

Teleqraf.com xəbər verir ki, narkotik maddənin yandırılması mərasimi Çakarita qəbiristanlığının krematoriyasında həyata keçirilib.

Mərasimdə ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç, jandarmeriya başçısı Herardo Otero, digər güc strukturlarının rəhbərləri, o cümlədən Rusiyanın bu ölkədəki səfiri Dmitri Feoktistov da iştirik edib.

Qeyd edək ki, 389 kiloqram çəkiyə malik kokain Rusiya və Argentina xüsusi xidmət orqanlarının birgə keçirdiyi əməliyyat zamanı ələ keçirilib.

Həmin kokain Moskvaya tədarük olunmalı imiş. Cinayətdə şübhəli bilinən Argentina və Rusiya vətəndaşları, o cümlədən yerli polisdən bir neçə nəfər saxlanılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər